Modern həyatın rəssamı

Geridə qalmaqda olan həftənin üzərimə hopdurduğu stressi atmaq üçün Şarl Bodlerin “Modern həyatın rəssamı” kitabını da özümlə götürərək, şəhərin mərkəzi istiqamətində yola düşürəm. Hava çiskinləsə də, heç bir tədbir görmək fikrində deyiləm. Az ehtimal olsa da, yağış yağacağına inanmıram, yağsa da belə çətin ki, çox çəkə.   Bir qədər açıq havada gəzişdikdən sonra skamyaların birində […]

Read More Modern həyatın rəssamı

Pelevin – Çapayev və Pustota (fraqment)

Qulağıma gəlib çatan melodiya, sanki, əvvəl pilləkənlə yuxarı qalxa-qalxa bir yerdə qısa vaxtda ayaq saxlayır, sonra var qüvvəsilə pilləkənin meydançasına sıçrayırdı – yalnız onda səslər arası qısa sükut anlarını seçə bilirdim. Bununla belə, pianoçunun barmaqları melodiyanı tutaraq yenidən pilləkənlərə qaytarırdı, beləcə hər şey, get-gedə azalsa da, təkrarlanırdı. Bunun baş verdiyi yer Tverskoy bulvardakı səkkiz nömrəli […]

Read More Pelevin – Çapayev və Pustota (fraqment)

Qarlı Simamura (ESSE)

Yasunari Kavabata adi insanların daxili dünyasını açmaqda ustadır. Mən onun yaratdığı bütün obrazlarda öz xüsusiyyətimi asanlıqla tapıram. Onun qəhrəmanları bizik. Bu adi qəhrəmanlar birdən- birə böyüyərək bəzən Dogen, bəzən Möe, çox vaxt isə Komako və Simamura olurlar.   Kavabata “Qarlı diyar” da düşünür ki, insan ruhu su damlası kimidir. O, qısa, bəsit cümlələrə böyük adamlar, […]

Read More Qarlı Simamura (ESSE)

Dostoyevskiyə nifrət edirəm!

“Dostoyevskiyə nifrət edirəm, ilk dəfə inancımı o qətlə yetirdi.” Polina Suslova   Dostoyevski, yaşadığı 59 il ərzində roman tarixinin ən önəmli əsərlərini yazdı. Həyatının böyük hissəsi məşəqqətlər içində keçdi: sürgünlər, xəstəliklər və maddi sıxıntılar ömrünün axırına kimi onu tək buraxmadı. Yolu bir çox qadınlarla kəsişdi, ancaq bu qadınlardan sadəcə ikisi ilə ailə həyatı qurdu. Polina […]

Read More Dostoyevskiyə nifrət edirəm!

Sahilsiz Gecə, 1989 (Azerbaijan Film)

Sahilsiz gecə, Elçin Əfəndiyevin ssenarisi və Şahmar Ələkbərovun rejissor işi əsasında ərsəyə gələn, 1989cu ilə aid, ilk inqilabi mahiyyət daşıyan filmimiz ola bilər. Hətta ola bilər müəmmalığını bir tərəf qoyaraq, Sahilsiz Gecəni tabulara müharibə elan edən ilk filmimiz adlandırmaq da mümkündür. Film, hələ o dövrə qədər Azərbaycan kinematoqrafiyasının əsas həlledici iki nöqsanından birini qırmağa cəhd […]

Read More Sahilsiz Gecə, 1989 (Azerbaijan Film)

Ölsəm Bağışla (Azerbaijan Film)

Ötən ilin bugünü, – yəni on yeddi fevral –  Azərbaycan kinematoqrafiyasının ilk şeirsəl nümunələrindən “Ölsəm, Bağışla“nı təhlil etmişdim. Bugün, səbəbi müəmmalı bir təsadüflə – lakin bu tərz təsadüfləri başa düşərək – yazıyla bir daha rastlaşdıq. Fikirləşdim: Niyə də ikinci dəfə, özü də yayımlandığı tarixin ilk yaşında təzədən izlənilməsin?   Proloq Alman ekspressionist kinosunun 1930-cu illərə […]

Read More Ölsəm Bağışla (Azerbaijan Film)

Dostoyevski: Gülməli Adamın Yuxusu

Mən gülməli adamam. İndi mənə dəli deyirlər. Onlara hələ də gülməli görünməsəydim, dəli sayılmağım rütbəmin qalxması olardı. Amma daha heç acıqlanmıram, indi onların hamısı mənə əzizdir, üstümə güləndə də niyəsə lap əziz gəlirlər. Onlara baxanda bu qədər kədərlənməsəydim, özüm də gülərdim, əlbətdə, özümə yox — onları sevdiyimdən gülərdim. Kədərimin səbəbi budur ki, mən həqiqəti bilirəm, […]

Read More Dostoyevski: Gülməli Adamın Yuxusu

Viktor Pelevin: Nika

İndi bu zərif nəfəs dünyaya yenidən yayılmışdı, buludlu səmaya, bu soyuq bahar küləklərinə və mənim dizimin üstündə İvan Buninin silikat kərpic ağırlığında qalın kitabı var, hərdən gözlərimi kitab vərəqindən ayırıb, divara dikirəm, Olya Meşerskayanın təsadüfən bu günümüzə qədər gəlib çatmış şəklinə. Nika yaşda məndən xeyli kiçik idi. Tale bizi təsadüfən görüşdürdü. Onun mənə bağlılığının yaxşı […]

Read More Viktor Pelevin: Nika

Dorian Greyin Portreti (ESSE)

“Gözəlliyi əbədi olan hər şeyə paxıllığım tutur! Hətta, bax, bu portretə, sizin çəkdiyiniz bu rəsm əsərinə də paxıllığım tutur, onu qısqanıram özümə! Axı nə üçün bu cansız şəkil itirməyə məhkum olduğum gözəlliyimi özündə əbədi saxlamalıdır? Nə üçün? Ah, bu nədir belə?! Kaş əksinə olaydı, Allah! Kaş mən şəkil olaydım, biz onunla yerimizi dəyişə biləydik! Mən […]

Read More Dorian Greyin Portreti (ESSE)

Kino|Roman Manifesti

Zaman dəyişir: hər gün izləmək məcburiyyətində qaldığımız, həyat adlandırılan bu teatr isə bizə elə eyni səhnəni və eyni cümlələri əzbərlətməkdə davam edir. Oxşar hekayələri, müxtəlif ağızlardan eşitməkdən bezdiyimizi dilə gətirərək, qısa cümlələrlə dərdimizi danışmaq istəyirik. (axı qısa yaddaş sizə daha yaxşı tanışdır)   Bakirəlik haqda ağız dolusu köşələr yazanların kitaba çevrildikləri; vaxtın sürətlə axışının, gələcəyin […]

Read More Kino|Roman Manifesti