“Heç nə əvvəlki kimi olmayacaq…”

Lumiere qardaşlarının, 1895-ci ildə, Parisin arxa küçələrinin birində yerləşən Cafe Du Grand-da nümayiş etdirdikləri, kinematoqrafiya tarixinin ilk nümunəsi, Sortie des Usines Lumière à Lyon (Lumiere fabrikindən çıxan insanlar) filmində, məşhur lokomotiv epizodu var… Epizodda, qatar kameranın yerləşdiyi mövqeyə tərəf sürətlə hərəkət edir; və kafenin içində tarixə ilk film izləyiciləri kimi keçən insanlar, qatar sanki onları vuracaqmış hissinə qapılıb, oturduqları yerdən qaçmağa başlayaraq, kameranın illuziyasından saf hissləriylə qorxurlar… Böyük şair Jim Morrisonun diliylə ifadə etsək: Kinonun çəkiciliyi (erotik ehtiras qüvvəsi) insanın ölümə olan qorxusunda gizlənirdi… Bu truyukun gücünü təxminən belə açıqlamaq olar: Kinonun (ilk kinonun) gücü bu idi, empatiyanın yaratdığı qorxu (ölüm qorxusu) nəticəsində, insanların həyatı seçməsi…  (Jungcu müstəvidə: bütün qorxuların gizli mənbəyi: ölümdür…) Və çox deyil, sadəcə bir gün sonra o insanlar ikinci dəfə Lumiere qardaşlarının filminə baxdıqları anda – o, lokomotiv epizodu “divarda” təkrara yol verdikdə – onlar yerlərindən tərpənmirlər… Çünki kino artıq ilk dəfəyə məxsus gücünü itirib – oradaki hisslərin yanılğı olduğu qavranılıb, kino artıq qorxunun sənəti və ya təhdidi deyil. Qısacası, məsələ insan üçün həllini tapıb, kino məsumluğunu itirib… Bu an – və ya bütövlükdə hadisə – mənə həmişə kədərli gəlib, ağır təsir edib. Kinonun bu halı, övladı qarşısında iqtidarını itirmiş ataya çox oxşardır… Bu, gəncliyimin ən şeirsəl fobiya duğusunu biraz daha yetkinləşdirib: Heç nə bir daha əvvəlki kimi olmayacaq…

Elmaddin Suleymanov

 

Bir şərh yazın