“Sevgilim, Meqapolis” – Elmaddin Suleymanov

Cəhənnəmin paytaxtı, Konstantinopola həsr edilir… Kafelərdə, barlarda, avtobus və metrolarda, yaşadığım və yaşamadığım evlərdə, bəzən turist, bəzən vətəndaş, bəzən bir özgə, bəzənsə xəyali gəzişdiyim şəhərlərdə, içimə həyat ağacı tək kök atıb, zamanla böyüyən, budaqlanan mənəvi təklik hiss etmişəm. Kafkaesk tonda ifadə etsək: “Mənim tənhalığım insanlarla dolu idi…” Mənəvi tənhalıqda – məkan və zaman konsepsiyasını itirir, […]

Read More “Sevgilim, Meqapolis” – Elmaddin Suleymanov

“Heç nə əvvəlki kimi olmayacaq…”

Lumiere qardaşlarının, 1895-ci ildə, Parisin arxa küçələrinin birində yerləşən Cafe Du Grand-da nümayiş etdirdikləri, kinematoqrafiya tarixinin ilk nümunəsi, Sortie des Usines Lumière à Lyon (Lumiere fabrikindən çıxan insanlar) filmində, məşhur lokomotiv epizodu var… Epizodda, qatar kameranın yerləşdiyi mövqeyə tərəf sürətlə hərəkət edir; və kafenin içində tarixə ilk film izləyiciləri kimi keçən insanlar, qatar sanki onları […]

Read More “Heç nə əvvəlki kimi olmayacaq…”

Dostoyevski və Karenina – Elmaddin Suleymanov

Gecənin bir vədəsi, qeyri ixtiyari və səbəbsiz bir halda Anna Kareninanı fikirləşirəm. Fikirləşirəm ki, görəsən roman tarixinin ən hüzünlü qadını Tolstoyun deyil, Dostoyevskinin obrazı olsaydı, bu hal taleyində nəyi dəyişdirərdi? Annanı belə radikal sual çərçivəsində qürurdan təhlil etməyə başlamalıyıq… Dostoyevski personajlarında qürur, alçalmışlıqdan (təhqir olunmaqdan) alınan zövq/həzzdir. Onlar adətən sözə belə başlayırlar: “Mən alçaq adamam!” […]

Read More Dostoyevski və Karenina – Elmaddin Suleymanov

Antonio Negri: “Milan, Qətiyyətlə…”

Sərsəmləmiş və heyrətlənmiş bir haldayam. Parisdən Romaya qayıtdım. Mənimlə İtalya ədaləti arasında bağlanmamış köhnə haqq-hesablara görə tətilimi orada, həbsxanada keçirirəm. Amma məni təəccübləndirən və çaşdıran bu deyil: həbsxana sürgünə getmədən qabaq necə buraxmışdımsa eyni haldadır. Digər tərəfdən İtalya cəmiyyətində son on beş ildə dəyişmiş olan çox vacib bir şey var: futbol. O qədər dəyişib ki, […]

Read More Antonio Negri: “Milan, Qətiyyətlə…”

Kinematoqrafik Etiraflar

* Əvvəlcə göz (görən) var idi; və göz (görülən) tanrı idi. Təsəvvür, arzudan sonraya aiddir. Qərb, İsaya (Tanrıya) bir üz arzuladığı üçün, kino o torpaqlara/mədəniyyətə təsadüf edən hadisədir. Kino hər şeydən qabaq görməyin arzusudur. Tanrını görmə arzusu – Ecce Homo anı. Onlar uzun əsrlər baxmışdılar, amma görməmişdilər. Onu hiss etmə və anlama arzusu – haecceitas […]

Read More Kinematoqrafik Etiraflar