“Lenin Varşavada” – Elmaddin Suleymanov

Jacques Lacanın, 1917 – böyük sosialist inqılab tarixçəsini ehtiva edən, Lenin və Krupskaya haqqında xeyli provokativ anekdotu mövcuddur.

Lacanın bir teoriyasına əsasən, həyat daxilində hekayəyə təsadüf edən bütün epizod və anlar – hətta məktublar belə – mütləq halda bir ad (bir anlam) daşımalıdırlar. Lacan qısaca ifadə edirdi ki, sənət əsəri, sənətin adını axtarmalı, ad – içində təsvir edilən hekayə ilə  bir – başa deyil, bilavasitəvi metodla əlaqə qurmalıydı.

Lacan gözlərini yumur və qırmızı çalarlı ehtirasa malik, “Lenin Varşavada” adlı bir tablo xəyal edir. Tablo bizə göstərir ki: Leninin otağında arvadı Nadejda Krupskaya, gənc, on doqquz yaşlı komsomolla dəlicəsinə sevişir. Komsomol, inqılab yolunda hədər olan bu yaşlı bədənə gəncliyini xatırladır, onu, əsla Leninin sikmədiyi kimi, sikir… Nadejda Krupskaya əvəzsiz orqazmdan dərhal sonra gənc aşiqinin yanında uzanıb, yarı xəyal yarı gənclik arzusuyla yuxulamağa çalışır; gənc komsomol isə  Leninin yatağında, ifadə edilməz qürur hissiylə, içdən – içə, ah, Nadejdaya sahib olmağın verdiyi dözülməz həzzlə birgə, kommunizmi düşünür…

Bu tablonu görən bütün sosialistlər özlərindən çıxırlar, Sovet tarixinin ən böyük xəyanəti qarşısında, dilləri ağızlarında quruyur; gözlərinin qarşısında gənc komsomol first lady-lərini divardan divara çırpdıqca, onlar sadəcə bir sual haqqda düşünürlər: “Görəsən bütün bu xəyanət baş verdiyi əsnada, Lenin, Lenin babamız haradadır?” Lacan gülür… Teoriyasını özü üçün isbatlayır: “Lenin Varşavada”dır… (Bəzi şeylər üçün artıq gecdir…)

Rəvayətlərdən bir digəri də odur ki, Varşava o dövrlər üçün Leninin ən sevdiyi fahişəsiymiş… Krupskaya onun (inqılabın, bir tarixçənin) otağında orqazma tərəf sürətləndikcə, Lenin də sevimli Varşavasının qulağına, dünyanı ona həsr edəcəyini deyirdi.

Amma heç fərq etməz, xəyanət, xəyanətdir. Hamı biraz Leninə xəyanət etdi. Stalin iqtidar üçün Leninə xəyanət etdi. Nənəm bir gecə namaza başladı, Lenin o gecə öldü. Çox pulsuz qaldığım oldu, Lenin mənim üçün yavaş yavaş öldü. Anam Leninə heç vurulmadı, Lenin sevgisizlikdən öldü… Mənim kiçik və lirik ölkəmin əksəriyyəti Leninə bir yol tapıb xəyanət etməyi bacardı. Məsələ Lenində deyildi yoldaşlar, məsələ xəyanətdəydi.

Ah, sən nə gözəlsən…

 

Bir şərh yazın